Qaxda iki müəllim koronavirusdan vəfat edib
Gündəm / Bölgə
24-03-2021, 09:50
Qaxda iki bacı koronavirusdan vəfat edib.
"Qafqazinfo"nun məlumatına görə, Qax şəhər sakinləri, iki bacı Elmira və İlahə Vahidovalar COVID-19-dan dünyasını dəyişib. 63 yaşlı Elmira Vahidova dörd gün öncə, 48 yaşlı İlahə isə bu gün vəfat edib.
Qeyd edək ki, hər iki bacı Qax Uşaq İncəsənət məktəbində müəllim işləyirdilər.
