Samuxda evdə partlayış - Xəsarət alan var

Gündəm / Hadisə
3-04-2021, 21:52

Samuxda evdə partlayış - Xəsarət alan var

 


Samuxda yaşayış evində partlayış olub.

AzadMedia.az-ın məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

Qaz sızması nəticəsində yaranan partlayış nəticəsində kənd sakini, 21 yaşlı Aytəkin Vəliyeva xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.