İlk peyvənd olunan Göyçayın başçısı oldu
Gündəm / Bölgə
6-04-2021, 10:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Bu gün Göyçay Rayon İcra Hakimiyyəti başçısı, başçının müavinləri, və aparatın 40-dan çox yaşı olan əməkdaşları Mərkəzi rayon Xəstəxanasına gedərək tibb işçilərinin nəzarəti altında COVID-19 əleyhinə peyvənd olunmuşlar.




