Azərbaycanda partiya sədrinin müavini komaya düşdü

Gündəm / Hadisə
8-04-2021, 12:05

Azərbaycanda partiya sədrinin müavini komaya düşdü

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli COVID-19 xəstəliyinin təsirindən komaya düşüb, həyat yoldaşısa dünyasını dəyişib.

Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb. 

 

O bildirib ki, A. İsmayılbəyli koronavirusdan əziyyət çəkir: "Onun həyat yoldaşı Mərziyyə xanım COVİD-19-dan dünyasını dəyişib. Hazırda Arif bəy özü koronavirusla mübarizə aparır, komadadır”.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.