Çavuşoğlu Quterreşlə görüşdü

Gündəm / Dünya
28-04-2021, 16:36

Çavuşoğlu Quterreşlə görüşdü

 


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

Bu barədə Çavuşoğlu "Twitter” hesabında yazıb.

Məlumata görə, görüş Cenevrədə Kiprlə bağlı keçirilən "Qeyri-rəsmi 5+BMT” iclası çərçivəsində baş tutub.

XİN rəhbərinin sözlərinə görə, Kipr probleminin həlli iki tərəfin beynəlxalq səviyyədə bərabər statusu və suverenliyinə əsaslanmalıdır.