Qazi Qəhrəman Məmmedzadəylə görüş - VIDEO
Gündəm / Video
12-05-2021, 12:32
Xəbərekspress.az saytı daha bir qazinin qonağı oldu. Bu, Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə ayağını itirən Məmmədzadə Qəhrəman Rüstəm oğludur. Qəhrəman Şuşaya gedib çata bilmədiyi üçün təəssüf hissi keçirdiyini bildirir. Döyüşlərə böyük ruh yüksəkliyi ilə qatılan igidimiz bunun səbəbinin vətən sevgisi olduğunu və qisasımızın alınmasında iştirak etdiyi üçün fəxr etdiyini söyləyir.
Arxa cəbhədə öz ifaları ilə əsgərlərimizə dəstək olan, onlara ruh yüksəkliyi yaşadan Elçin Göyçaylı və Rövşən Binəqədili də qazimizlə görüşdə iştirak ediblər.
Və son olaraq təşkilati dəstək olan xəbərekspress.az saytının redaktor müavini Aytəkin xanıma təşəkkürlərimizi bildiririk.


