Türkiyə-Naxçıvan quru yolu bağlandı - VİDEO
Gündəm / Video
24-05-2021, 09:35
Türkiyənin İğdır şəhərinin Aralıq rayonunda güclü yağış selə səbəb olub.
"TRT Haber” məlumat verir ki, sel səbəbindən Türkiyə-Naxçıvan quru yolu bağlanıb.
Fırtına Qaqqoyunlu rayonunda evlərin damını uçurub, ağacları aşırıb.
Selin gətirdiyi qaya parçaları gediş-gəlişə maneə yaradıb.
Yolun açılması üçün çalışmalar davam edir.
<embed src='https://player.baku.tv/embed/38551' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen><embed>
