Zəngilanda erməni təxribatı olub? - Dövlət Sərhəd Xidməti məlumat YAYDI

Gündəm / Bölgə
31-05-2021, 10:15

Zəngilanda erməni təxribatı olub? - Dövlət Sərhəd Xidməti məlumat YAYDI

 


Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

Bununla əlaqədar Dövlət Sərhəd Xidmətindən  bildirilib ki, belə məlumatlar həqiqəti əks etdirmir:

"Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır".