Laçında həlak olan hərbçilərə şəhid statusu veriləcək

Gündəm / Hadisə
17-06-2021, 13:15

 

Laçında həlak olan hərbçilərə şəhid statusu veriləcək

 

Dünən Laçın rayonunda qəzaya düşərək həlak olan Dövlət Sərhəd Xidməti hərbçilərinə şəhid statusu veriləcək.

DSX-nin Mətbuat Mərkəzindən "Qafqazinfo”ya bildirilib ki, bu məsələdə qanuna uyğun olaraq addım atılacaq: "Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək”.

 

Xatırladaq ki, hadisə hərbçilər sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında baş verib. "MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu həlak olub.