Türkiyədə yaşayış binası belə uçuruldu - Video

Gündəm / Dünya
21-06-2021, 11:39

Türkiyədə yaşayış binası belə uçuruldu - Video

 


Türkiyənin Sakarya vilayətinin Adapazarı qəsəbəsində zədəli halda olan yaşayış binası planlı şəkildə uçurulub.

Bina ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb, yaxınlıqdan keçən yol nəqliyyata müvəqqəti bağlanıb. Ərazidə yaşayan vətəndaşlar uzaqlaşdırılaraq bina partladılıb.

Bütün xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar binanın dağıdılmasını yaxından izləməyə davam edib.

Binanın sökülməsini izləyən vətəndaşlardan biri prosesi lentə alıb.