İstanbulda azərbaycanlı güllələndi - Video
Gündəm / Hadisə
24-06-2021, 07:45
Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub.
Xeberekspress.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Küçükçekmecenin Halkalı Merkez məhəlləsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşına motosikletlə yaxınlaşan iki nəfər atəş açıb və onu ağır yaralayıblar.
Hadisə vaxtı sürücünün yanında qadın olsa da, o xəsarət almayıb.
Təqsirkarlar hadisə yerindən uzaqlaşıblar. Polis onların axtarışlarını davam etdirir.
Silah səslərini eşidən vətəndaşlar hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar. Sürücü xəstəxanaya yerləşdirilib.
