Goranboyda kişi qohumunu güllələdi
Gündəm / Hadisə
25-06-2021, 15:37
Goranboy rayonunda 58 yaşlı kişi güllələnib.
Hadisə bu gün rayonun Nizami kəndində baş verib.
Kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Məharət Fərman oğlunu qohumu tüfənglə güllələyib. Bir güllə yarası alan M.İbrahimov xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs saxlanılıb. Araşdırma aparılır.
