İmişlidə bazar yanır - Video

Gündəm / Hadisə
25-06-2021, 20:07
İmişlidə bazar yanır - Video

İmişli şəhəri ərazisindəki bazarda yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.