Vaqif Axundovun rəis olan bacısı oğlu SAXLANILDI

Gündəm / Hadisə
23-07-2021, 21:39

Vaqif Axundovun rəis olan bacısı oğlu SAXLANILDI

 



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Unikal.org-un məlumatına görə, V. Babayev Hərbi Prokurorluqda barəsində başladılan cinayət işi ilə bağlı saxlanılıb. Onun əməlləri 5 aya yaxındır ki, Hərbi  Prokurorluq tərəfindən araşdırılır.

Qeyd edək ki, V.Babayev sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub.  Buna qədər isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon idarəsinin rəisi vəzifəsində çalışıb.

Həbs edilən polkovnik Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

Xatırladaq ki, Vüsal Babayevin saxlanılması ilə bağlı ilk xəbəri gününsesi.info yazıb.