Azərbaycan yanğınsöndürənləri Türkiyədən nə vaxt qayıdacaq? - AÇIQLAMA
Gündəm / Sosial
13-08-2021, 15:23
"Biz yaxın günlərdə Türkiyəni tərk edərək Vətənə qayıdacağıq”.
Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Muğlada azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova Marmarisdəki "böhran mərkəzi”ndə keçirilən toplantının nəticəsini məruzə edib:
"Xüsusi tapşırıq və göstərişləri aldıq. Qısa müddətdə bölgəni tərk edəcəyik. Hazırda 350 nəfərlik şəxsi heyət və 54 yanğın avtomobili ərazidə növbədədir. Bazar günü heç bir hadisə baş verməsə, biz qüvvələri bazalara çəkəcəyik. Bütün avtomobillər, texnikalar baxışdan keçiriləcək. Bazar günü və bazar ertəsi Vətənə qayıdacağıq”.
