Qızıldaş qəsəbəsində xoşməramlı tədbir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibində fəaliyyət göstərən Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində "Polad Həşimov" adına idman klubunun prezidenti Eyvaz Hüseynovun təşəbbüsü ilə açıq havada şəhid ailələri və qaziləri ilə görüş keçirilib. Tədbir idman klubunun 1 illiyinə həsr olunub.
Görüşdə Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, qardaşı İlham Həşimov, qəsəbə şəhidlərinin valideynləri və dövlət nümayəndələri iştirak etmişdir. Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Rüfət Məmmədov ilk olaraq görüş iştirakçılarını Milli Qəhrəman "Polad Həşimov" adına idman klubunun zalı ilə tanış etdi. Sonra isə şəhid ailələrinə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanmış sovqatlar paylanıldı. Sonda isə görüş iştirakçıları Qızıldaş qəsəbəsində yerləşən 44 günlük vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdilər.






