Şuşalılar doğma şəhərlərinə getdilər

Gündəm / Bölgə
19-08-2021, 09:02

Şuşalılar doğma şəhərlərinə getdilər

 


Bu gün Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə bir qrup şuşalı öz doğma torpaqlarını ziyarət etmək üçün yola düşüblər.

Xeberekspress.az xəbər verir ki, səfər çərçivəsində onlar Şuşada dini, tarixi, mədəni abidələri ziyarət edəcək, yenidənqurma işləri ilə tanış olacaqlar.