Baydenlə Makron Əfqanıstanı müzakirə etdi
Gündəm / Sosial
20-08-2021, 10:56
Fransa Prezidenti Emmanuel Makronla ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.
Xeberekspress.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Talibanın Əfqanıstanı nəzarətə götürdükdən sonrakı vəziyyəti müzakirə olunub.
Həmçinin liderlər gələn həftə G-7-nin Əfqanıstan üzrə virtual sammitinin keçirilməsi planını alqışlayıblar.
