“Sentyabrın 15-də dərslərin bərpa olunması nəzərdə tutulur” - RƏSMİ AÇIQLAMA
Gündəm / Sosial
20-08-2021, 12:07
"Sentyabrın 15-də dərslərin bərpa olunması nəzərdə tutulur”.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
