Elm adamları,media və təhsil işçilərinin vəzifəsi

Gündəm / Sosial
23-08-2021, 17:07
 
 

Elm adamları,media və təhsil işçilərinin vəzifəsi

 

Biz vətənini sevən vətəndaş kimi hər birimiz ölkəmizə qarşı törədilmiş amansız müharibə ilə bağlı görüb və bildiklərimizi sonrakı nəsillərə ötürməliyik ki,onlar erməni vandalizminin vətəndaşlarımıza çəkdirdiyi zülmü,onların məcburi köçkün olaraq keçirdiyi ağrı-acıları unutmasınlar.Biz bunları təhsil ocaqlarımızda tədris edilən dərsliklərlə,elmi əsərlərlə,kitablar və media vasitəsilə gəlləcək

nəsillərə ötürməliyik.Erməni vandalları yalnız torpaqlarımızı işğal etməklə qalmamış,tarixi adlarınıda dəyişdirərək əzəl gündən bizim olan torpaqlarıqeyri-qanuni özünün kimi dünyaya göstərməyə çalışmışdır. Qardaş Türkiyədə indiyədək vaxtilə Osmanlı dövlətinin tərkibində olmuş ərazilərin yalnız türkcə toponimlərindən istifadə edilir.Lakin bizdə bəzi hallar istisna olmaqla media bu məsələlərdə həssaslıq göstərmir,əzəldən bizim olan torpaqlarımızın adları xarici dillərdə: erməni,rus, gürcü və yaxud fars toponimləri verilir.Dərsliklərimizdə,mediada bununla bağlı məlumatlar azdır. Biz dərsliklərimizdə qədim toponimlərimizdə çoxluca istifadə etmeliyik ki,yeni nəsil bu adları bilsin və dünyaya çatdırsınlar ki,bu yurd,bu vətən bizimdir.

Bu etinatsızlığa Prezident cənab İlham Əliyev etiraz etdi:”İndiki Ermənistan ərazisində olan bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə çağırılmalıdır.Bütün qədim yəni,tarixi adlar bərpa edilməlidir”.

Prezident cənab İlham Əliyev çıxışlarında "Şərqi Zəngəzur”,”Qərbi Zəngəzur” ifadələrindən tez-tez istifadə edir,bu toponimlərin populyarlaşdırlması Azərbaycanın elm və media işçilərinin ən önəmli vəzifələrindəndir. Biz erməni vandalizminə 44günlük müharibədə ərzində göstərdik ki,onların zorla aldığı bu torbaqlar əzəl gündən Azərbaycanın olmuş,hər zamanda Azərbaycanın olacaq.


 

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı: Xəlilova Şəfa Əlövsət qızı