Bu şəxslərin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadıldı
Gündəm / Sosial
23-08-2021, 18:30
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.
Xeberekspress.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti sentyabrın 1-dək uzadılıb.
Əvvəl bu müddət avqustun 1-dək nəzərdə tutulmuşdu.
