Vilayət Eyvazov rəis müavinini İŞDƏN QOVDU

Gündəm / Sosial
31-08-2021, 10:56

Vilayət Eyvazov rəis müavinini İŞDƏN QOVDU

 


Azərbaycanda rəis müavini işdən azad olunub. 

Xeberekspress.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Qazax Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, daxili işlər orqanları sıralarından xaric edilib.

Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olduğu bildirilir.