Bu gün Türk Şurası ölkələrinin media nümayəndələri Şuşada səfərdə olacaq

Gündəm / Sosial
1-09-2021, 09:53

Bu gün Türk Şurası ölkələrinin media nümayəndələri Şuşada səfərdə olacaq

 


Türk Şurası ölkələrinin media nümayəndələrinin Şuşaya səfəri başlayıb.

Xarici jurnalistlər Şuşada Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidlərinə baş çəkəcəklər .

Bundan başqa, media nümayəndələri Molla Pənah Vaqifin məqbərəsində və Üzeyir Hacıbəylinin ev muzeyində görülmüş işlərlə tanış olacaqlar.

Sonra Türk Şurası ölkələrinin media nümayəndələri Cıdır düzündə də olacaqlar.