Məktəblərdə bufet və idman zalları açılacaq?

Gündəm / Sosial
14-09-2021, 13:29

Məktəblərdə bufet və idman zalları açılacaq?

 


"Məktəblərdə bufet və idman zallarının açılması ilə bağlı Nazirlər Kabinetinin qaydaları hazırlanır”.

Bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

O deyib ki, bufet və idman zallarının açılması ilə bağlı qərar veriləcək: "Hazırda müzakirələr gedir, amma hansı formada açılması bir neçə gün ərzində bəlli olacaq”.