Emin Ağalarov bu restorana 1 milyon dollar xərclədi

Gündəm / Mədəniyyət
24-09-2021, 11:39
 

Emin Ağalarov bu restorana 1 milyon dollar xərclədi

 

Xalq artisti Emin Ağalarov yeni biznesi üçün 1 milyon dollar vəsait sərf edib.

Xeberekspress.az xarici  KİV-ə  istinadən xəbər verir ki, müğənninin yeni restoranı bu ilin sonunda açılacaq. Məkan Moskvada yeni alış-veriş mərkəzində yerləşir.

Emin bildirib ki, restoranda çin mətbəxi yer alacaq. İfaçı restoranın investorunun özü olduğunu söyləyib. O, məkan üçün qoyduğu investiyaya restoranın yerləşdiyi ərazinin, dekorun və qab-qacağın daxil olduğunu söyləyib.

Qeyd edək ki, Eminin nümayəndəsi onun ümumilikdə 50-yə yaxın restoranı olduğunu deyib.