Azərbaycanlı gənc yazar Mövsüm Amir Aslan İstanbulda "Yılın Uluslararası Dikkat Çeken Yazarı" nominasiyası üzrə mükafata layiq görülüb.
Gündəm / Video
21-10-2021, 13:20
Xeberekspress.az səhifəsinin verdiyi məlumata görə Black&Blue Media tərəfindən 19 oktyabrda İstanbulda "İnternational Gold Media Awards" mükafatlarının təqdim olunması mərasimi keçirilib. Azərbaycanlı gənc yazar Mövsüm Amir Aslan bu gecədə "Yarım qalan İstanbul" romanı ilə "Yılın Uluslararası Dikkat Çeken Yazarı" nominasiyası üzrə mükafata layiq görülüb. Mərasimdə Türkiyənin bir çox incəsənət, şou biznes, mətbuat, idman və digər sahələrdən olan nümayəndələri də iştirak edib.




