BƏRDƏ RAYON XANAGALI KƏNDİN QAZİSİ BİZƏ OLAN MÜRACİYYƏTİ
Gündəm / Video
31-10-2021, 15:30
Vətən Müharibəsi Qazisi Hacıyev Ələddin Xaləddin oğlu Bərdə rayon Xanağalı kəndində yaşayır. 11 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. 27 Sentyabr tarixində Suqovuşanda idarə etdiyi tankın minaya düşməsi nəticəsində onurğa sütunu sınıqları ilə Mingəçevir rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Heç bir tibbi müalicə olmadan xəstəxanada yatırılıb. Bununla bağlı bir neçə dövlət qurumlarına müraciət etsə də heç bir cavab ala bilməyən qazinin növbəti müraciəti bizə oldu. Ordu sıralarından təxris olunan Qazi bugün acınacaqlı vəziyyətdə yaşayır.
Yardım etmək istəyən şəxslər 0508296919 əlaqə nömrəsi ilə əlaqə saxlaya bilər.
