Sürücülərin DİQQƏTİNƏ: Yollarda sürət həddi endirildi

Gündəm / Mədəniyyət
16-11-2021, 10:11

Sürücülərin DİQQƏTİNƏ: Yollarda sürət həddi endirildi

 



Hava şəraiti ilə bağlı yollarda sürət həddi endirilib.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar.