Nazir Kəlbəcərə nümayəndə təyin etdi

Gündəm / Bölgə
27-01-2022, 12:52
Nazir Kəlbəcərə nümayəndə təyin etdi
Mədəniyyət Nazirliyinin Kəlbəcər rayonu üzrə nümayəndəsi vəzifəsinə təyinat olub.

Nazirlikdən verilən məlumata görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Əmrə əsasən, Xaliq Dağyunus oğlu Muxtarov nazirliyin Kəlbəcər rayonu üzrə nümayəndəsi vəzifəsinə gətirilib.