Saleh Məmmədov yenidən federasiya prezidenti seçildi

Gündəm / İdman
3-02-2022, 11:12
Saleh Məmmədov yenidən federasiya prezidenti seçildi
Azərbaycan Həndbol Federasiyasının (AHF) hesabat-seçki konfransı keçirilib.

Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

AHF-in hazırkı prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yenidən federasiya rəhbəri seçilib.

Qeyd edək ki, S.Məmmədov 2016-cı il dekabrın 1-dən AHF-ə rəhbərik edir.