Anna xanimin möhtəşəm ad günü
Gündəm / Video
6-02-2022, 16:00

Xəbərekspress.az saytının təşəbbüsü ilə milyonların qısa müddətə tanıdığı və zəhmətini qiymətləndirdiyi fiziki məhdud, xanım Anna Bəkirovaya möhtəşəm ad günü keçirilib. Leyk Palaz restoranında təşkil olunan ad günü mərasiminə bir çox media nümayəndələri və sənət adamları qatılıb. Sənətçilər arasında xüsusilə Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədovanın mahnı töhvələri Anna xanımın könlünü xoş edib. Həmçinin "Leyk Palaz" restoranın müdüri Royal bəyin və iş adamı Mehrab bəyin dəstəyi də ad gününü möhtəşəm və unudulmaz bir gün etdi.
Qeyd edək ki, ad günü məclisinin ilk açılışını "Qarabağın qartalı" adını daşıyan Şəhid Elşən Musayevin həyat yoldaşı Mətanət Musayeva öz çıxışı ilə başlayıb. Mətanət xanım daxil,
bütün çıxışçılar və iştirakçılar Annanı ad günü münasibəti ilə ürəkdən təbrik edib, ona sağlam ömür və xoş günlər diləyiblər. Sonda hər kəs ad günü qəhrəmanına hədiyyə və mükafatlarını təqdim edib.