Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi

Gündəm / Bölgə
9-02-2022, 13:16
Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun atası vəfat edib.

Şəhid atası Ağəsəf Abdurrahmanov 71 yaşında dünyasını dəyişib.

Mərhum Qəbələnin Əmirvan kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, polkovnik-leytenant Əfqan Abdurahmanov 2020-ci il oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub.