Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında vəzifə verildi

Gündəm / İdman
14-04-2022, 09:56
Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında vəzifə verildi

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında (İJF) vəzifə verilib.

Xeberekspress.az İJF-nin saytına istinadən xəbər verir ki, o, Yeni Texnologiyalar və Yüksək Keyfiyyət Komissiyasının sədri təyin olunub. 

Komissiyanın vəzifəsi nəticələrin yüksəldilməsinə şərait yaratmaq və müasir texnologiyaların idmançıların inkişafına yönəldilməsinə kömək etməkdir.