Bakıda iki avtomobil toqquşub, xəsarət alan var – FOTO
Gündəm / Sosial
2-07-2022, 06:30
Bakının Binəqədi rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Məmməd Səid Ordubadi küçəsində Elnur İslamzadə idarə etdiyi "Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman qəfil qarşısına piyada çıxıb. O, qəfil manevr edərkən əks yolda olan "Ford” markalı maşınla toqquşub. Qəza nəticəsində "Ford”da olan bir nəfər xəsarət alıb.
Əraziyə Binəqədi Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Sürücülərin izahatı alınıb.
Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
onuda qeyd edək. Xəsarət alan" Forta" Xeberekspress.az saytın rəhbəri Ruhiyyə Eldar qızının qardaşıdır. Xəstə dərhal xəstəxanaya yerləşdirilib.
