Məktəb bufetlərində yoxlama aparılacaq

Gündəm / Sosial
7-07-2022, 11:20
Məktəb bufetlərində yoxlama aparılacaq

"Gələn ildən məktəblərin bufetlərinin yoxlanılması planlaşdırılır”.

Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

O bildirib ki, sağlam qidalanma ilə bağlı valideynlərlə də mütəmadi olaraq maarifləndirici işlər aparılmalıdır:

"Hazırda 1 milyon 600 min şagird var. Onlar yalnız vaxtlarının bir hissəsini məktəbdə keçirirlər. Hesab edirəm ki, uşaqların sağlam qidalanması ilə bağlı valideynlərlə də sıx işlər görülməlidir”.