YAP Yevlax rayon təşkilatında Avropa çempionu ilə görüş keçirilib

YAP Yevlax rayon təşkilatında İtaliyanın paytaxtı Roma şəhərində idmanın sərbəst güləş növü üzrə keçirilmiş "Gənclərin Avropa Birinciliyində” Avropa çempionu adını qazanmış Yevlax UGİŞM-in yetirməsi Soltanova Birgül Knyaz qızı ilə görüş keçirilib.
Xeberekspress.az xəbər verir ki, görüşdə Yevlax UGİŞM-in direktoru Elman Əlibəyli, Yevlax Gənclər və İdman idarəsinin rəis müavini Samir Kərimov,məsləhətçisi Pərviz Hüseyov,qızıl medal mükafatıçısı Birgül Soltanovanın məşqçisi,Əməkdar müəllim Tofiq Tağıyev iştirak ediblər.
Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev iştirakçıları YAP kollektivi adından salamlayaraq, Birgül Soltonavaya və əməkdar məşqçi Tofiq Tağıyevə səmimi təbriklərini çatdırdı. Yerli təşkilatın sədri bildirdi ki, bu, böyük tarixi qələbədir. Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir, bu sahə dövlət siyasətinin pioritetləri sırasında mühüm yerlərdən birini tutur. Bu prosses 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən başlanıb desək, yanılmarıq.
O vaxt idmanımızın strateji inkişafını təmin edən yeni konsepsiya müəyyənləşdirildi. Azərbaycanı dünya miqyasında idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyev bütün ölkə üzrə müasir idman infrastrukturunun yaradılması istiqamətində nəhəng quruculuq layihələrinin dəqiq planını müəyyənləşdirdi və nəticə etibarilə bu gün idmançılarımız saysız-hesabsız qələbələrə imza atırlar. Qalib idmançımız! Qələbələriniz daimi olsun. Sizə möhtəşəm qələbənizə görə ürəkdən təşəkkür edir, gələcək idman yarışlarında ən yüksək nailiyyətləri qazanmağı arzulayıram.
Avropa çempionu Birgül Soltanova rəqiblərinə əsl Azərbaycan qadının gücünü göstərərək qazandığı möhtəşəm qələbədən söhbət açıb, idman sahəsindəki inkişafa, idmançılara göstərilən xüsusi diqqət və qayğıya görə Ölkə Prezidenti, doğma Partiyamızın Sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürünü ifadə etdi.
Daha sonra Birgül Soltanovaya və məşqçisi Tofiq Tağıyevə YAP Yevlax rayon təşkilatının fəxri fərmaları təqdim edildi.
Qalib idmançımıza YAP Yevlax rayon təşkilatının kollektivi adından daim uğurlar arzulayırıq.


