Bu ölkə SSRİ-nin 33 il əvvəl verdiyi abidəni SÖKDÜ

Gündəm / Dünya
8-08-2022, 11:18
 
Bu ölkə SSRİ-nin 33 il əvvəl verdiyi abidəni SÖKDÜ

Helsinki hakimiyyəti SSRİ tərəfindən Finlandiyaya hədiyyə edilmiş "Dünya Sülhü" abidəsini söküb. 

Xeberekspress.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskva abidəni 1989-cu ildə Finlandiya tərəfinə bağışlayıb. Nəşrin məlumatına görə, o, saxlanması üçün başqa yerə köçürüləcək. Avqustun 8-də səhər o, postamentdən çıxarılaraq abidəni Finlandiya paytaxtından aparacaq vasitəyə yüklənib.

Abidənin son taleyi daha sonra həll olunacaq.