Sablya üzrə Azərbaycan millisi İslamiadanın qalibi OLDU
Gündəm / İdman
15-08-2022, 22:55

Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünü keçirib.
Yığma qızıl medal uğrunda qarşılaşmada Özbəkistan seçməsi ilə qarşılaşıb. Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan İslamiadanın qalibi olub.