Türkiyədə prezident seçkilərinin vaxtı açıqlandı
Gündəm / Dünya
19-08-2022, 12:34

Türkiyədə prezident seçkiləri 2023-cü il iyunun 18-də keçiriləcək.
Xeberekspress.az "Milliyet"ə istinadən xəbər verir ki, bu, prezident Rəcəb Ərdoğanın qatılacağı ikinci seçki olacaq.
Türkiyədə yerli qanunvericiliyə görə ümumi (prezident və parlament) seçkiləri eyni gündə keçirilir.