Türkiyənin qərbində meşə yanğınları başladı
Gündəm / Dünya
22-08-2022, 09:35

Türkiyənin qərbində Manisa vilayətinin Kula rayonunda meşəlik ərazidə yeni meşə yanğını baş verib.
Bu barədə Xeberekspress.az "TRT Haber"-ə istinadən xəbər verir.
"Yanğının söndürülməsinə 2 təyyarə, 4 helikopter, 13 yanğınsöndürən maşını və 4 su tankeri cəlb olunub", - telekanal xəbər verir.
Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.