Zelenski Krımın azad ediləcəyini dedi

Gündəm / Dünya
23-08-2022, 20:07
Zelenski Krımın azad ediləcəyini dedi

Kiyev Rusiyanın ilhaq etdiyi regiona (Krım - red.) nəzarəti bərqərar edəcək. 

Bunu Ukrayna prezidenti Volodimir Zelenski Krım Platformasının beynəlxalq sammitində çıxışı zamanı deyib.

"Yarımadanın geri qaytarılması dünya qanunlarının və nizamının dirçəldilməsi olacaq. Terrora qalib gəlmək - Krımı azad etmək lazımdır", - deyə Ukrayna lideri bildirib.