İranda “WhatsApp” da bloklandı
Gündəm / Dünya
22-09-2022, 14:20

İran ərazisində "WhatsApp” sosial mesajlaşma platforması bloklanıb.
Xeberekspress.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 21-i axşam saatlarından mesencerə girişə ciddi şəkildə məhdudiyyət qoyulub.
Məlumata görə, İran rəhbərliyi buna səbəb olaraq ölkədə "müxalif elementlərin fəaliyyətini” göstərib.