Ukrayna ordusu işğal edilən Luqansk sərhədini keçdi

Gündəm / Dünya
3-10-2022, 15:00
Ukrayna ordusu işğal edilən Luqansk sərhədini keçdi

Ukrayna qoşunları Luqansk Xalq Respublikasının (LXR) sərhədini keçib.

Bu barədə LXR xalq milisinin zabiti Andrey Maroçko bildirib.

"İtkilərə baxmayaraq, Ukraynanın silahlı birləşmələri LXR-in inzibati sərhədini keçərək Lisiçansk yaşayış məntəqəsi istiqamətində möhkəmlənməyə nail olub", - Maroçko əlavə edib.

Bundan əvvəl Rusiya bölmələri Donetsk vilayətinin Liman şəhərindən mühasirə təhlükəsi səbəbilə geri çəkilib.