Krım körpüsü yanır - Video + Fotolar
Gündəm / Dünya
8-10-2022, 10:01

Krım körpüsündə yanğın başlayıb.
Bu barədə Krım başçısının məsləhətçisi Oleq Krüçkov teleqramda bildirib.
"İlkin məlumata görə, yanacaqla dolu sistern yanır. Yanğının söndürülməsi istiqamətində işlər aparılır", - deyə o yazıb.
Krımın fövqəladə hallar xidmətinin məlumatına görə, körpüdə qatarların hərəkəti dayandırılıb.


