HƏR BİR ŞƏHİD AİLƏSİNİN SAĞLAMLIĞININ KEŞİYİNDƏYİK" İRAN İSLAM RESPUBLİKASININ TANINMIŞ HƏKİMİ DİABETOLOQ DR.FƏRZAD FORĞAN

Gündəm / Mədəniyyət
14-10-2022, 14:05

HƏR BİR ŞƏHİD AİLƏSİNİN SAĞLAMLIĞININ KEŞİYİNDƏYİK" İRAN İSLAM RESPUBLİKASININ TANINMIŞ HƏKİMİ DİABETOLOQ DR.FƏRZAD FORĞAN

İranda çox tanınmış və peşəkar  diyabetoloq həkim, diabetli yaraların müalicəsi ilə məşqul olan dr.Fərzad Forğan İrandan məhz Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhid olmuş oğulların valideynlərin sağlamlıqları ilə maraqlanaraq, öz qayğı və ehtiramını bildieməyi özünə borc bilir. Bununla əlaqədar o, Diabet (şəkər) xəstəliyindən əziyyət çəkən Şəhid General Polad Həşimovun anası Səmayə xanımın, Şəhid Emil İsgəndərovun valideynləri Vaqif müəllim və Tənzilə xanımın sağlamlıqlarında məhz diabetlə əlaqəli yaranan ciddi problemlərlə maraqlanmış və onların müalicələrini təmənnasız olaraq öz öhdəsinə götürərək əlindən gələni əsirgəməyəcəyini söz verib.

İranın məşhur Təbrizli Dietoloqu  dr.Məryəm Mələki də  "ŞƏHİDLƏR QÜRUR MƏNBƏYİMİZDİRLƏR- ONLRIN VALİDEYNLƏRİNİN SAĞLAMLIĞI-ÖLKƏNİN SAĞLAMLIĞIDIR" deyərək o da mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda  (Vətən Müharibəsində) canlarından keçmiş Şəhidlərimizi ehtiramla anaraq onların və Qazilərin ailələrini ziyatət etməklə təmənnasız olaraq öz həkim xidmətlərini  göstərməkdədir. Dr.Məryəm xanım da Şəhid General Polad Həşimovun anası Səmayə xanımı, Şəhid Emil İsgəndərovun valideynləri Vaqif müəllim və Tənzilə xanımı, Şəhid Rüfət Mustafayevin anası Afət xanım , Şəhid Elmar Nəsirovun anası Sürəyya xanımı , Qazilərdən Zakir İmanovun ailələrini ziyarət etməklə yanaşı həmçinin də onları artıq nəzarət altında saxlamaqdadır.
Sizinlə fəxr edirik əziz və çox dəyərli həkimlərimiz. Vətənimizə, xalqımıza göstərdiyiniz bu mötəbər xidmətlərinizə görə Sizə təşəkkür edirik.
Onu da qeyd edim ki, həkimlərimiz hər bir Azərbaycan vətəndaşının xidmətindədirlər.

Müəllif : Baş Radaktor  Lalə Qəzənfər

 

HƏR BİR ŞƏHİD AİLƏSİNİN SAĞLAMLIĞININ KEŞİYİNDƏYİK" İRAN İSLAM RESPUBLİKASININ TANINMIŞ HƏKİMİ DİABETOLOQ DR.FƏRZAD FORĞAN