Sumqayıt Tibb Mərkəzinə kimin rəhbərlik edəcəyi bəlli oldu
Gündəm / Sosial
Bu gün, 16:52

Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsi bu şəxsə həvalə olundu
Xeberekspress.az Unikala istinadən xəbət verir ki,məlum olduğu kimi, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov bir neçə gün əvvəl işdən çıxarılıb.
Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsinin icrası həmin tibb müəssisəsinin direktor müavini Ramin Qasımova həvalə olunub.
Qeyd edək ki, R.Qasımov 2020-2024-cü illər ərzində Salyan Rayon Mərkəzi Xəstəxanasının direktoru olub. Daha sonra isə Sumqayıt Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.