Məşhur Dietoloq dr.Məryəm Mələki "ŞƏHİDLƏR QÜRÜR MƏNBƏYİMİZDİRLƏR- ONLRIN VALİDEYNLƏRİNİN SAĞLAMLIĞI-ÖLKƏNİN SAĞLAMLIĞIDIR"
Gündəm / Video
14-10-2022, 14:31
İran İslam Respublikasının tanınmış və çox peşəkar həkim-dietoloqu dr.Məryəm Mələki mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda (Vətən Müharibəsində) canlarından keçmiş Şəhidlərimizi ehtiramla anaraq onların və Qazilərin ailələrini ziyatət etməklə təmənnasız olaraq öz həkim xidmətlərini göstərməkdədir. O, artıq (öz İranlı həkim yoldaşları ilə birgə) Şəhid General Polad Həşimovun anası Səmayə xanımı, Şəhid Emil İsgəndərovun valideynləri Vaqif müəllim və Tənzilə xanımı, Şəhid Rüfət Mistafayevin anası Afət xanım , Şəhid Elmar Nəsirovun anası Sürəyya xanımı , Qazilərdən Zakir İmanovun ailələrini artıq nəzarət altında saxlamaqdadırlar.
Sizinlə qürur duyuruq dəyərli Məryəm xanım
Vətənimizə, xalqımıza göstərdiyiniz bu mötəbər xidmətlərinizə görə Sizə təşəkkür edirik.
Onu da qeyd edim ki, həkimlərimiz hər bir Azərbaycan vətəndaşının xidmətindədirlər.
Müəllif: Baş Redaktor Lalə Qəzənfər
