PKK İstanbuldakı terrorla əlaqəsi olmadığını açıqladı
Gündəm / Dünya
14-11-2022, 17:06

PKK terror təşkilatı İstanbuldakı hücumda hər hansı əli olduğunu inkar edib.
Xeberekspress.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 13-də İstanbulun mərkəzindəki İstiqlal küçəsində baş verən partlayışda şübhəli bilinən şəxs saxlanılıb PKK ilə əlaqəsinin olduğunu etiraf edib.
Lakin sözügedən qruplaşma bunu rədd edib: "PKK-nın Taksimdə İstiqlal küçəsində baş verən partlayışla heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, terror nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.