QHT Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” (azərbaycan və ingilis dillərində) sənədli filminin təqdimat mərasimini keçirdi

Gündəm / Sosial
15-11-2022, 10:22

QHT Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Xan qızı” (azərbaycan və ingilis dillərində) sənədli filminin təqdimat mərasimini keçirdi 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyi tərəfindən həyata keçirilən "Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə "Xan qızı” (azərbaycan və ingilis dillərində) sənədli filminin çəkilməsi” adlı layihənin təqdimatı mərasimi keçirilib. Mədəniyyət Və Sənətkarlıq Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutan tədbir 13 noyabr 2022-ci ildə Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktı zamanı həlak olan günahsız insanların, erməni terrorçularının həyata keçirdiyi Xocalı və digər soyqırımların qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşlarda, o cümlədən Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, sonra isə Azərbaycan himninin oxunması ilə başladı.

Qonaqları salamlayan təhsil müəssisəsinin direktoru Pərviz Həmzəyev bildirdi ki, Xurşidbanu Natəvan irsinin öyrənilməsi və mənimsənilməsi olduqca vacibdir. Onun sözlərinə görə, belə filmlərin çəkilməsi və xüsusilə gənclərdən ibarət auditoriyalarda təqdim edilməsi, bir tərəfdən, vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsinə xidmət edirsə də, digər tərəfdən, Qarabağın, o cümlədən Şuşanın tarixinin Azərbaycan tarixinin bir hissəsi olduğunu sübut edir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə göstərdiyi maliyyə dəstəyinə görə minnətdarlığını bildirən "Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri, layihənin rəhbəri Etibar Məmmədov qeyd etdi ki, Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın yaradıcılığı və xeyriyyəçilik fəaliyyətini, Azərbaycanın torpaqlarına göz dikən ermənilərlə və onların havadarları ilə mübarizəsini göstərmək, müxtəlif yollarla ali təhsil müəssisələrində, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində azərbaycan və ingilis dillərində yaymaq yolu ilə Azərbaycan və xarici ölkələrin cəmiyyətlərində Natəvan irsini təbliğ etmək, həmçinin bunun fonunda Qarabağın, o cümlədən Şuşa qalasının əzəli tarixi Azərbaycan torpağı olduğunu göstərmək təqdim olunan layihənin əsas ideyasıdır. Əsas məqsəd isə Azərbaycanın görkəmli şairə və xeyriyyəçisi Xurşidbanu Natəvanın irsini, Azərbaycan qadınının savadlı, bilikli və mübariz olduğunu, Natəvanın Şuşa və Xankəndi uğrunda ermənilər və onların havadarları ilə apardığı mübarizədən qalib çıxmasını göstərmək, Xurşidbanu Natəvan yaradıcılığı və fəaliyyətini milli-mənəvi dəyər formalaşdıran bir miras kimi Azərbaycanda və xarici ölkələrdə təbliğ etməkdir. Bundan əlavə, layihə çərçivəsində hazırlanacaq "Xan qızı” sənədli filmi Azərbaycanın ədalətli, haqlı, tarixə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dünyanın bütün ölkələrinə səmərəli və başa düşülən şəkildə çatdıracaq.

Bundan sonra Mədəniyyət və sənətkarlıq üzrə Bakı dövlət peşə təhsil mərkəzinin tələbə-müəllim heyəti, millət vəkili Aqiyə Naxçıvanlı, həmçinin azərbaycanlı folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru, Xan qızı Natəvan mükafatının laureatı Fəridə Hicranın iştirakı ilə "Xan qızı” filminə baxış keçirildi. Onu da vurğulamaq lazımdır ki, millət vəkili Aqiyə Naxçıvanlı Xurşidbanu Natəvanın kötücəsi, Fəridə Hicran isə yadıcasıdır.

Baxışdan sonra yaradıcı heyətə təşəkkürünü bildirən və təəssüratlarını paylaşan Aqiyə Naxçıvanlı vurğuladı ki, Xurşidbanu Natəvanın irsini qorumaq, araşdırmaq və gələcək nəsillərə çatdırmaq milli-mənəvi dəyərlərimizin zənginləşdirilməsi baxımından həyati vaci əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlhan Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Vətən müharibəsi nəticəsində işğal altında olan tarixi torpaqlarımızı, o cümlədən mədəniyyətin beşiyi olan Şuşanı işğaldan azad etməsini tarixi hadisə adlandıran millət vəkili bildirdi ki, bu, eyni zamanda, Natəvan irsinin düşmənin əsarətindən xilas olunması deməkdir. Nənəsi Xurşidbanu Natəvan haqqında bir sıra faktları açıqlayan Aqiyə Naxçıvanlı əmin olduğunu bildirdi ki, Azərbaycanın mənəvi dəyərlərini təbliğ edən belə filmlər bundan sonra da çəkilərək geniş ictimaiyyətə təqdim olunacaq və gəncliyimizin vətənpərvərlik ruhunda maariflənməsində əhəmiyyətli yer tutacaq.

Xan qızı Natəvan mükafatının laureatı,  Xurşidbanu Natəvanın yadıcası Fəridə Hicran isə dedi ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında əvəzsiz rol oynamış Azərbaycan əsgərini irəli aparan həm də Natəvanın yaratdığı irs, mənəvi dəyərlər olub. Onun sözlərinə görə, bu dəyərlərin üzərində böyüyən yeni nəsillər artıq heç vaxt Azərbaycan torpaqlarının yadlar tərəfindən işğal olunmasına imkan verməyəcək. Fəridə Hicran həmçinin qeyd etdi ki, bundan sonra Natəvan irsinin tədqiq olunması üçün alimlərimizin qarşısında daha böyük imkanlar yaranıb və onlar mütləq bundan yararlanmalıdır. 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə göstərdiyi maliyyə dəstəyinə görə minnətdarlığını bir daha ifadə edən "Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədr müavini Büllur Məmmədova tədbir iştirakçılarını əmin etdi ki, vətənpərvərliyi, milli-mənəvi dəyərləri, xeyriyyəçilik ənənələrini təbliğ edən layihələr davam etdiriləcək. Büllur Məmmədova millət vəkili Aqiyə Naxçıvanlıya, Xan qızı Natəvan laureatı Fəridə Hicrana tədbirə qatıldıqlarına görə, Mədəniyyət Və Sənətkarlıq Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyevə tədbirin keçirilməsinə şərait yaratdığına görə təşəkkürünü ifadə etdi. O, həmçinin dedi ki, "Xan qızı” sənədli filminin ingilis dilində olan versiyası üzərində iş artıq yekunlaşmaq üzərindədir və ən yaxın vaxtlarda işıq üzü görəcək.