Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Gündəm / Dünya
Bu gün, 14:24

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı


Ermənistanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı cinayət işi üzrə ölkənin iki keçmiş prezidenti - Robert Koçaryan və Serj Sarkisyan ittiham olunan şəxslər sırasındadır.

Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, cinayət işi avqustun 24-də başlanıb. İş üzrə ittihamlar yalnız keçmiş prezidentlərlə məhdudlaşmır. İttiham olunan şəxslər arasında Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryan, İrəvanın keçmiş meri Qagik Beqlaryan və daha beş nəfər də var.

Bundan başqa, Koçaryanın prezidentliyi dövründə baş nazir vəzifəsini tutmuş və hazırda vəfat etmiş Andranik Markaryanın da iş üzrə ittiham olunduğu bildirilir. Ermənistan Baş Prokurorluğu cinayət işinin dövlət əmlakının mənimsənilməsi ilə bağlı olduğunu açıqlayıb. İş üzrə konkret epizodlar və mənimsənildiyi iddia olunan əmlakın və ya vəsaitin həcmi barədə isə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Robert Koçaryana daha əvvəl vəzifə səlahiyyətlərini aşma, xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və rüşvət alma ittihamları da irəli sürülüb.

Hazırda Robert Koçaryanla Serj Sarkisyanın istintaq orqanları tərəfindən saxlanıldığı bildirilir.(Modern.az )